Bank Of Baku

Azərbaycanda 15 il əvvəl baş vermiş qətllərin üstü açılıb

Azərbaycanda 15 il əvvəl baş vermiş qətllərin üstü açılıb
# 17 dekabr 2008 16:14 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Üzeyir Həsən oğlu Məmmədov və Goranboy rayon sakini Xudayat Xəlil oğlu Xəlilovun hansı şəraitdə qətlə yetirilməsi müəyyənləşib. Aparılan istintaqla müəyyən edlib ki, əvvəllər quldurluq, qəsdən adam öldürmə və digər ağır cinayətlər törətdiyinə görə hazırda həbsdə olan Rauf Firudin oğlu Mustafayev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət apararkən 1993-cü ilin 8 avqust tarixində həmin hərbi hissədə rabitə bölüyünün komandiri vəzifəsində çalışan Üzeyir Həsən oğlu Məmmədovun “Makarov” tipli silahını ələ keçirmək məqsədilə onu qətlə yetirib. R. Mustafayev Ü. Məmmədovu idarə etdiyi “VAZ-21063” markalı E 46-72 QQ dövlət qeydiyyat nişanlı avtomobilə mindirərək, Samux rayonunun Aşağı Ağasıbəyli kəndi yaxınlığına aparıb, tapançanı ondan zorla alaraq döş qəfəsi, qarın boşluğu və bədəninin digər nahiyələrinə 8 dəfə atəş açmaqla onu öldürüb.

Bundan başqa, R. Mustafayev 1993-cü ilin 13 sentyabr tarixində ona təhkim olunmuş AKM markalı avtomat silahdan istifadə etməklə, hərbi geyim formasında idarə etdiyi “VAZ-21013” markalı, 25-15 AQJ dövlət nömrə nişanlı maşında Bakı-Gəncə avtomagistral yolunun Goranboy rayonu ərazisində Dəliməmmədli şəhəri yaxınlığındakı “dörd yol” adlanan ərazidə qanunsuz post quraraq, Goranboy şəhərindən Ağamalıoğlu kəndi istiqamətində hərəkət edən, Xudayat Xəlil oğlu Xəlilovun idarə etdiyi “QAZ-24” markalı P 86-10 AZ dövlət nömrə nişanlı avtomobili saxlatmaqla, avtomobilə əyləşib və avtomat silahla hədələyərək, avtomobili ona verməsini tələb edib. Lakin tələbinə tabe olmadığı üçün həmin silahdan döş qəfəsi nahiyəsinə bir dəfə atəş açmaqla, onu qətlə yetirib.

Aparılan istintaq tədbirləri nəticəsində dəlil və sübutlarla cinayətin R. Mustafayev tərəfindən törədildiyi müəyyən edilib və 2000-ci ilin 1 sentyabr tarixinədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin (qəsdən adam öldürmə) 1 və 8-ci bəndləri ilə ittiham elan olunmaqla, cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəməyə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR