Bank Of Baku

Naməlum avtomobilin vurduğu 77 yaşlı qoca yerindəcə ölüb

Naməlum avtomobilin vurduğu 77 yaşlı qoca yerindəcə ölüb
# 17 dekabr 2008 16:19 (UTC +04:00)
Qarabağ. Teymur Zahidoğlu - APA. Bu gün Ağdam rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə Ağdamın İmamqulubəyli kəndində yaxınlığında baş verib. Kənddə məskunlaşan 1931-ci il təvəllüdlü Laçın rayon sakini Qamboy Əliqəmi oğlu Gülməmmədov naməlum avtomobil tərəfindən vurulub. Piyada hadisə yerindəcə keçinib.

Hadisəni törədən avtomobil isə qəza yerindən qaçıb.

Ağdam rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, artıq hadisəni törədən sürücü və avtomobil müəyyənləşdirilib.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR