Bank Of Baku

Azərbaycan paytaxtında dəhşətli qətl hadisəsi baş verib

Azərbaycan paytaxtında dəhşətli qətl hadisəsi baş verib
# 17 dekabr 2008 16:48 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında dəhşətli qətl hadisəsi baş verib. Xətai rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Nəsibov küçəsində baş verib. Adıçəkilən ünvanda yaşayan Rafiq Əliyev öz evində çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirilib. R. Əliyevin meyiti bu gün yaxınları tərəfindən yaşadığı mənzildə aşkarlanıb. Meyitin üzərinə ilkin baxış keçirilərkən R. Əliyevin xüsusi amansızlıqla qətlə yetirildiyi məlum olub.

Xətai rayon Prokurorluğunun apardığı əməliyyat-istintaq tədbirləri nəticəsində hadisənin iki nəfər tərəfindən törədildiyi müəyyən olunub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədənlər - Suraxanı rayon sakinləri Boziloviç İqor Sergeyeviç və Anar Ruslan oğlu Nuriyev artıq həbs ediliblər.

Hazırda istintaq qrupu hadisənin hansı zəmində baş verməsinin səbəblərini araşdırır.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR