Bank Of Baku

Azərbaycan paytaxtında baş vermiş partlayışda xəsarət alan qadın xəstəxana dünyasını dəyişib

Azərbaycan paytaxtında baş vermiş partlayışda xəsarət alan qadın xəstəxana dünyasını dəyişib
# 18 dekabr 2008 07:47 (UTC +04:00)
5 saylı Bakı şəhər Xəstəxanasının yanıq mərkəzindən APA-ya verilən məlumata görə, ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən 1939-cu il təvəllüdlü Nurəstə Qurbanova ötən axşam vəfat edib. N. Qurbanovanın ağır yanıq xəsarətindən öldüyü bildirilib. Mərhumun cənazəsi ötən gecə qohumlarına təhvil verilib.

Qeyd edək ki, dekabrın 13-də Nizami rayonu, Naxçıvanski, 34 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində binanın iki bloku dağılıb, 2 nəfər yerindəcə ölüb, 6 nəfər isə ağır yaralanıb. İlkin versiyaya görə, partlayışa təmir işləri aparılan 27-ci mənzildə qaz sızması səbəb olub.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 222.2-ci (tikinti, mədən və s. işləri aparılarkən təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə ya digər ağır nəticələrə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR