Bank Of Baku

Azərbaycan paytaxtında baş vermiş partlayışda yaralanaraq xəstəxanaya yerləşdirilən 2 yaşlı uşaq atasının himayəsinə verilib

Azərbaycan paytaxtında baş vermiş partlayışda yaralanaraq xəstəxanaya yerləşdirilən 2 yaşlı uşaq atasının himayəsinə verilib
# 18 dekabr 2008 08:04 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakının Nizami rayonunda yaşayış binasında baş vermiş partlayış nəticəsində yaralanaraq xəstəxanaya yerləşdirilən 2 yaşlı Aylin Əlirzayeva atasının himayəsinə verilib. Bu barədə APA-ya A. Əlirzayevanın müalicə olunduğu Əfəndiyev adına Bakı şəhər 2 saylı Xəstəxananın uşaq cərrahiyyə şöbəsinin baş həkimi Pürmirzə Poladov məlumat verib. Onun sözlərinə görə, A. Əlirzayevanın vəziyyəti tam normal olub. Onun səhhətinin yaxşılaşması barədə hüquq-mühafizə orqanlarına məlumat verildiyini diqqətə çatdıran baş həkim onun atasına verilməsi qərarına gəldiklərini söyləyib: “2 yaşlı Aylini öz əllərimlə atası Hüseynağa Təhməzova verdim”.

Qeyd edək ki, 2 yaşlı Aylinin anası Tamella Əlirzayeva partlayış zamanı həlak olub. T. Əlirzayeva hadisədən xeyli əvvəl həyat yoldaşı H. Təhməzovdan ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR