Bank Of Baku

Azərbaycan paytaxtında ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Azərbaycan paytaxtında ağır yol qəzası baş verib, ölən və yaralananlar var
# 18 dekabr 2008 08:24 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda ağır yol qəzası baş verib. Ötən gecə Türkan-Hövsan yolunda baş verən yol qəzasında iki nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Elməddin Ramazan oğlu Mustafayevin idarə etdiyi “Moskviç-1500” markalı, 38-BC-811 dövlət nömrə nişanlı avtomobil əks istiqamətdə hərəkət edən, 1986-cı il təvəllüdlü Rəhimov Ruhid Oktay oğlunun idarə etdiyi “Mersedes-200” markalı, 90-DN-542 dövlət nömrə nişanlı maşınla toqquşub. Qəza nəticəsində “Moskviç”in sürücüsü Elməddin Mustafayev və sərnişini 1993-cü il təvəllüdlü Yusifov Turqut Ümüd oğlu hadisə yerindəcə keçinib. Digər maşının sürücüsü və daha bir nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR