Bank Of Baku

Şirkətlərdən birinin satış salonunda bıçaqlanma hadisəsi baş verib

Şirkətlərdən birinin satış salonunda bıçaqlanma hadisəsi baş verib
# 18 dekabr 2008 08:36 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakıda fəaliyyət göstərən “AzMan” şirkətinə məxsus satış salonunda bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “AzMan” şirkətinin İnşaatçılar prospektində yerləşən elektron avadanlıqlarının satışı salonunda baş verib. Şirkətin əməkdaşları, 1987-ci il təvəllüdlü Abdullayev Anar Həsən oğlu şəxsi münaqişə zəminində 1976-cı il təvəllüdlü Məmmədov Aydın Üzeyir oğlunu bıçaqlayıb.

Zərərçəkən xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.

Hadisəni törədən A. Abdullayev isə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilib.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR