Bank Of Baku

Bakıda quldurluq edən şəxslər tutulub

Bakıda quldurluq edən şəxslər tutulub
# 18 dekabr 2008 09:00 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Azərbaycan paytaxtında quldurluqla məşğul olan şəxslər həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın Mərdəkan qəsəbəsində baş verib. 25-30 yaşlarında olan qadın və kişi Qres qəsəbə sakini, 1980-cı il təvəllüdlü Rahim Murad oğlu Muradovun idarə etdiyi “Opel” markalı, 90-VZ-752 dövlət nömrə nişanlı maşına sərnişin qismində əyləşərək Şağan qəsəbəsinə getməyi xahiş ediblər. Mənzil başına çatar-çatmaz arxada oturan qadın bıçaqla sürücüyə hədə-qorxu gələrək üzərində olan külli miqdarda pulunu və mobil telefonunu alıb. Bundan sonra həmin şəxslər hadisə yerindən qaçıblar. Əzizbəyov rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R. Muradova qarşı quldurluq edən, 1962-ci il təvəllüdlü Abbasov Etibar Paşa oğlu və 1973-cü il təvəllüdlü İbrahimova Sevil Böyükağa qızı həbs edilib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR