Bank Of Baku

Azərbaycan paytaxtında taksi sürücüsü qətlə yetirilib

Azərbaycan paytaxtında taksi sürücüsü qətlə yetirilib
# 18 dekabr 2008 09:23 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında taksi sürücüsü qətlə yetirilib. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gecə baş verib. Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Aşır Nəsir oğlu Nəsirovun meyiti rayonun Fatmayi-Goradil bağları ərazisində, “Muğam” pansionatının qarşısında aşkarlanıb. Mərhumun meyitinin üzərinə baxış keçirilib və onun çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirildiyi məlum olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində mərhumun taksi kimi idarə etdiyi “Azsamad” markalı, 90 AC 578 dövlət nömrə nişanlı avtomobil isə Biləcəri şossesində aşkarlanıb. İlkin versiyaya görə, A. Nəsirov tamah məqsədi ilə qətlə yetirilib. Hadisəni törədən şəxs isə izi azdırmaq üçün avtomobili Biləcəri şossesində buraxaraq qaçıb.

Hazırda rayon Polis İdarəsinin əməkdaşları qətl hadisəsini törədənin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR