Bank Of Baku

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün fərdi qaydada müsahibə mərhələsi dekabrın 23-dən başlanacaq

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün fərdi qaydada müsahibə mərhələsi dekabrın 23-dən başlanacaq
# 18 dekabr 2008 12:55 (UTC +04:00)
Bakı-APA. Notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün keçirilən test imtahanlarında müvəffəqiyyət qazanan namizədlərlə fərdi qaydada müsahibə mərhələsi dekabrın 23-dən başlanacaq. Bu barədə APA-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, bununla bağlı Notariat fəaliyyəti üzrə İxtisas Komissiyasının iclasında qərar qəbul edilib. Müsahibə qaydalara uyğun olaraq Ədliyyə Nazirliyinin inzibati binasında keçiriləcək.
Qeyd edək ki, notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün keçirilən test imtahanlarında 120 namizəd uğur qazanıb və növbəti söhbət mərhələsinə buraxılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR