Bank Of Baku

Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə təqsirləndirilən İsmayılov qardaşlarının məhkəmə prosesi qeyri-müəyyən vaxta təxirə salınıb

Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə təqsirləndirilən İsmayılov qardaşlarının məhkəmə prosesi qeyri-müəyyən vaxta təxirə salınıb
# 18 dekabr 2008 14:38 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əhməd Quliyevin sədrliyi ilə Dəvəçi rayonunun Dağ Bilici kənd sakinləri Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə təqsirləndirilən Qələgah kənd sakinləri - Təvəkkül, Elnur və Elçin İsmayılov qardaşlarının cinayət işi üzrə bu gün keçirilməsi nəzərdə tutulan növbəti məhkəmə prosesi qeyri-müəyyən vaxta təxirə salınıb. APA-nın məlumatına görə, buna təqsirləndirilən şəxslərin nümayəndələrinin məhkəmə prosesinə qatılmaması səbəb olub.
Qeyd edək ki, Təvəkkül, Elnur və Elçin İsmayılov qardaşları Dəvəçi rayonunun Dağ Bilici kənd sakinləri Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə ittiham olunurlar. İttiham aktında Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 149-cu (zorlama), 150.2.3-cü (azyaşlı şəxsə qarşı seksual xarakterli əməllər törətmə), 127. 1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 144.3-cü (adam oğurluğu), 177-ci (oğurluq), 178-ci (dələduzluq) və 221-ci (qanunsuz olaraq odlu silah, onun hissələrini hazırlama, saxlama, satma, daşıma, göndərmə) maddələri ilə ittiham olunan İsmayılov qardaşlarının ötən ilin avqustunda Məcidova bacılarını öldürdükdən sonra Samur-Abşeron kanalına atdıqları göstərilib. N. Məcidovanın meyiti ötən il avqustun 9-da Samur-Abşeron kanalının Siyəzən istiqamətində aşkarlanıb. R. Məcidovanın meyiti isə indiyədək tapılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR