Bank Of Baku

Türk iş adamını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən Kürdəmir sakininin məhkəməsi başlayıb

Türk iş adamını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən Kürdəmir sakininin məhkəməsi başlayıb
# 18 dekabr 2008 14:58 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Türk iş adamını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən Kürdəmir rayon sakininin məhkəməsi başlayıb. APA-nın məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Çingiz Şükürov ittiham aktını elan edib. İttiham aktına görə, Kürdəmir rayon sakini, 1971-ci il təvəllüdlü Qurban Qədirli bu ilin yayında Bakı şəhərində fəaliyyət göstərən “İstanbul” istehsal və istehlak şirkətinin rəhbəri Əli Bektaşı iş yerində xüsusi amansızlıqla qətlə yetirib.
İttiham aktına münasibət bildirən təqsirləndirilən şəxs Q. Qədirli özünü qismən təqsirkar bilib. Q. Qədirli Ə. Bektaşın onun bacısı ilə qeyri-qanuni nikahda yaşadığını və qətl hadisəsini də namus üstündə törətdiyini bildirib.
Proses davam etdiriləcək.
Qeyd edək ki, Q. Qədirli Türkiyəli iş adamı Ə. Bektaşı bu ilin yayında xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinir. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR