Bank Of Baku

Azərbaycanın Sumqayıt şəhərində 11-ci sinif şagirdi intihar edib

Azərbaycanın Sumqayıt şəhərində 11-ci sinif şagirdi intihar edib
# 18 dekabr 2008 15:50 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycanın Sumqayıt şəhərində 11-ci sinif şagirdi intihar edib. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, şəhərin H. Cavid küçəsində kirayənişin olan Qubadlı rayonundan məcburi köçqün, 1991-ci il təvəllüdlü Vəzir Cənnət oğlu Həsənov özünü yaşadığı evin tavanından elektrik naqili ilə asıb.

Yeniyetmənin intihar etməsinin səbəbi hələlik məlum deyil. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR