Bank Of Baku

Polisə Bakı Metropoliteninin Nəriman Nərimanov metro stansiyasına bomba qoyulması barədə anonim zəng olub

Polisə Bakı Metropoliteninin Nəriman Nərimanov metro stansiyasına bomba qoyulması barədə anonim zəng olub
# 18 dekabr 2008 18:02 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsindən APA-ya verilən məlumata görə, zəng elə bu idarəyə olub.

Dərhal hadisə yerinə əməliyyat qrupu və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çağırılıb. Metro stansiyanın fəaliyyəti dayandırılıb, buradakı sərnişinlər isə evakuasiya edilib.

Təxminən bir saata qədər aparılan araşdırmalar nəticəsində heç bir partlayıcı maddə aşkarlanmayıb. Bundan sonra metro stansiyanın fəaliyyəti bərpa edilib.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya bildirilib ki, stansiyanın fəaliyyəti bərpa olunsa da, əməliyyat-axtarış tədbirləri hələ də davam etdirilir.

İdarədən onu da qeyd ediblər ki, faktla bağlı araşdırmalar davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR