Bank Of Baku

Azərbaycan paytaxtında 71 yaşlı qadın sellofan torba ilə boğularaq qətlə yetirilib

Azərbaycan paytaxtında 71 yaşlı qadın sellofan torba ilə boğularaq qətlə yetirilib
# 19 dekabr 2008 07:57 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 71 yaşlı qadın sellofan torba ilə boğularaq öldürülüb. Hadisə dekabrın 18-də saat 11:00 radələrində paytaxtın Vəzirov küçəsində qeydiyyatda olan, hazırda isə Novxanı bağ massivində yaşayan, 1937-ci il təvəllüdlü Axundova Şərqiyyə Sadıq qızına məxsus mənzildə baş verib.

Naməlum şəxslər ev sahibinin başına sellofan torba keçirərək öldürdükdən sonra evi qarət edərək hadisə yerindən qaçıblar.

Bakı şəhər Baş Polis İdarəsi, Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Ş. Axundovanı qətlə yetirməkdə təqsirli bilinən şəxslər - 1979-cu il təvəllüdlü Məmmədov Elnur Nizami oğlu və əvvəllər məhkum olunmuş, 1983-cü il təvəllüdlü Bayramov Elgün Dənizxan oğlu həbs olunub.

Təqsirləndirilən E. Bayramovun mənzilindən Ş Axundovanın evindən oğurladığı 15 manat, 10 rus rublu, 600 ABŞ dolları və qızıl-zinət əşyaları aşkarlanıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR