Bank Of Baku

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 19493 cinayət hadisəsi qeydə alınıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 19493 cinayət hadisəsi qeydə alınıb
# 19 dekabr 2008 08:04 (UTC +04:00)
Bakı-APA. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 19493 və ya əhalinin hər 100 min nəfərinə hesabı ilə 224 cinayət hadisəsi qeydə alınıb. Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, qeydə alınan cinayətlərin 214-ü qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 379-u insan alveri ilə bağlı, 210-u qəsdən sağlamlığa ağır zərər vurma, 19-u adam oğurluğu (onlardan 16-sı evlənmək məqsədilə qadın oğurluğu) cinayətlərinə aiddir. Qeydə alınmış cinayətlərin 313-ü xarici ölkələrin (onların 129-u MDB ölkələrinin) vətəndaşları tərəfindən törədilib.
Əməliyyat istintaq tədbirləri nəticəsində bu ildə qeydə alınan cinayətlərin 71,5 faizi açılıb. Açılmış cinayətlərin 13 faizi əvvəllər cinayət törətmiş şəxslər, 11,4 faizi bir qrup şəxs, 3,8 faizi sərxoş vəziyyətində olan şəxslər tərəfindən, 3,1 faizi yetkinlik yaşına çatmayanlar və ya onların iştirakı ilə, 2,6 faizi isə narkomanlar və ya narkotik təsir altında olan şəxslər tərəfindən törədilib.
Bu ilin yanvar-noyabr aylarında aşkar edilən 16218 nəfər hüquqpozucunun 12545 nəfəri cinayət məsuliyyətinə cəlb olunub. Aşkar edilənlərin 81,8 faizi əmək qabiliyyətli yaşda olub, lakin heç bir yerdə oxumayan və işləməyənlər, 14,2 faizi qadınlar, 9,1 faizi əvvəllər cinayət törətmiş şəxslər və 2,7 faizi yetkinlik yaşına çatmayanlardır.
Qeyd olunub ki, törədilən cinayətlər nəticəsində 10193 nəfər şəxs zərər çəkib. Zərər çəkənlərin 56,9 faizi kişi, 43,1 faizi isə qadınlardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR