Bank Of Baku

Rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinən qadın yaxalanıb

Rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinən qadın yaxalanıb
# 19 dekabr 2008 08:52 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinən qadın həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1979-cu il təvəllüdlü Lalə Rafiq qızı Ağayeva Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya sənədlərdən istifadə etmə) maddəsi ilə uzun müddət axtarışda olub. Yasamal rayon Polis İdarəsi 26-cı polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində L. Ağayeva paytaxtda yaxalanıb. Hazırda onun barəsində açılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR