Bank Of Baku

Nizami rayonunda baş vermiş partlayış nəticəsində zərər çəkmiş 13 mənzilə dəymiş ziyanın məbləği tam hesablanıb

Nizami rayonunda baş vermiş partlayış nəticəsində zərər çəkmiş 13 mənzilə dəymiş ziyanın məbləği tam hesablanıb
# 19 dekabr 2008 09:21 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakının Nizami rayonunda yaşayış binasında baş vermiş partlayış nəticəsində mənzilləri dağılan sakinlər üçün müvəqqəti kirayə evlər tutulacaq. Bu barədə APA-ya açıqlamasında Nizami rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Ərrəhman Həsənov bildirib. Onun sözlərinə görə, artıq bu barədə Nazirlər Kabinetinin xüsusi qərarı var: “Nazirlər Kabinetinin qərarına əsasən, mənzilləri dağılmış sakinlər üçün rayon ərazisində müvəqqəti kirayə evlər tutulacaq, bunun xərclər isə dövlət tərəfindən ödəniləcək”.

Artıq binanın zərər çəkmiş 13 mənzilinə dəymiş ziyanın məbləğinin tam hesablandığını diqqətə çatdıran komissiya sədri bunun həmin mənzillərin sakinləri ilə razılaşdırılaraq aktlaşdırıldığını bildirib. Ə. Həsənov həmçinin sakinlərə dəymiş ziyanla bağlı hazırlanmış sənədin baş nazirin müavini Abid Şərifova göndərildiyini söyləyib.

Hazırda sözügedən ərazidə Fövqəladə Hallar Nazirliyi, Bakı şəhər Prokurorluğu və rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri tərəfindən araşdırma işləri davam etdirir.

Qeyd edək ki, dekabrın 13-də Nizami rayonu, Naxçıvanski, 34 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində binanın iki bloku dağılıb, 3 nəfər ölüb, 5 nəfər isə ağır yaralanıb. İlkin versiyaya görə, partlayışa təmir işləri aparılan 27-ci mənzildə qaz sızması səbəb olub.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 222.2-ci (tikinti, mədən və s. işləri aparılarkən təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə ya digər ağır nəticələrə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR