Bank Of Baku

Azərbaycanın Xırdalan şəhərində qarajda çılpaq vəziyyətdə qadın və kişi meyiti tapılıb

Azərbaycanın Xırdalan şəhərində qarajda çılpaq vəziyyətdə qadın və kişi meyiti tapılıb
# 19 dekabr 2008 12:27 (UTC +04:00)
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə ötən gecə Xırdalan şəhərində qeydə alınıb. Şəhərin 27-ci məhəlləsindəki maşın qarajında “VAZ-2106” markalı avtomobilin içərisində çılpaq vəziyyətdə kişi və qadın meyiti aşkarlanıb. Aparılan araşdırmalar nəticəsində meyitlərin şəxsiyyəti müəyyən edilib.

Məlum olub ki, bunlar, Tovuz rayon sakini, 1975-ci il təvəllüdlü Nazim Vəli oğlu Əmiraslanov və Qəbələ rayon sakini, 1961-ci il təvəllüdlü Vəzifə Əfsər qızı Daşdıyevadır.

İstintaq zamanı adıçəkilən şəxslərin avtomobildə intim münasibətdə olarkən öldükləri məlum olub. İlkin ehtimala görə isə, onlar dəm qazından boğularaq keçiniblər.

Abşeron rayon Prokurorluğundan isə APA-ya faktı təsdiqləsələr də, baş vermiş ölüm hadisəsinin təfərrüatları barədə əlavə məlumat verilməyib.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR