Bank Of Baku

Ombudsman Aparatının əməkdaşları Şüvəlandakı 3 saylı istintaq təcridxanasında olublar

Ombudsman Aparatının əməkdaşları Şüvəlandakı 3 saylı istintaq təcridxanasında olublar
# 19 dekabr 2008 12:53 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şüvəlandakı 3 saylı istintaq təcridxanasında olublar. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əməkdaşlar müəssisəyə ümumi baxış keçiriblər. Müvəkkilin nümayəndələri Ombudsmana müraciət edən şəxslərlə də görüşüblər. Görüş zamanı həmin şəxslər istintaq təcridxanasında saxlandıqları müddətdə hüquqlarının pozulmasına yol verilmədiyini qeyd edib, saxlanılma şəraitindən, müəssisə əməkdaşlarının onlara qarşı rəftarından narazı olmadıqlarını söyləyiblər. Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə tövsiyələr verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR