Bank Of Baku

Azərbaycan Neft Akademiyasının müəllimi intihar edib

Azərbaycan Neft Akademiyasının müəllimi intihar edib
# 19 dekabr 2008 15:06 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan Neft Akademiyasının müəllimi vena damarlarını kəsib. Daha sonra o, özünü yaşadığı evin 4-cü mərtəbəsindən ataraq intihar edib. Nərimanov rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə saat 23:30 radələrində rayonun Əlizadə küçəsi, ev 39, mənzil 15 ünvanında baş verib.

Həmin ünvanda yaşayan, Neft Akademiyasının müəllimi, 1944-cü il təvəllüdlü Veys Abdulin əvvəlcə vena damarını kəsib, sonra isə yaşadığı evin eyvanından özünü ataraq intihar edib.

Hadisəni araşdıran istintaq qrupu mərhumun 1994-cü ildən ailəsindən ayrıldığını və bu müddət ərzində tək yaşadığını müəyyən edib. V. Abdulinin intiharının səbəbləri isə hələlik məlum deyil. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR