Bank Of Baku

Xəzərdə xilas edilərək Bakıya gətirilmiş Rusiya gəmisinin sükan hissəsi sudan təmizlənib

Xəzərdə xilas edilərək Bakıya gətirilmiş Rusiya gəmisinin sükan hissəsi sudan təmizlənib
# 19 dekabr 2008 15:18 (UTC +04:00)
Rəşad Süleymanov-APA. Bakı Beynəlxalq Dəniz Limanına gətirilmiş Rusiyanın “Sarmat-1” gəmisinin daxili hissələrinə dolmuş sudan təmizlənməsinə və ilkin texniki müayinələrə başlanıb. Bu barədə APA-ya Azərbaycan Dövlət Dəniz Administrasiyasının dəniz təhlükəsizliyi şöbəsinin müdiri Vamik Rəhimov məlumat verib. Onun sözlərinə görə, bu gün gəminin sükan şöbəsindən 196 kubmetr həcmində su çəkilib və bu hissə tamamilə sudan təmizlənib: “Hazırda gəmidə ilkin müayinələr aparılır və zədələnmiş yerlər müəyyənləşdirilir. İlkin rəyə əsasən fırtına şəraitində üzərkən gəminin göyərtisində zədələr əmələ gəlib. Sükan şöbəsinə su daxil olduğundan burada qısaqapanma yaranıb və gəminin idarə olunması çətinləşib”. V. Rəhimov gəminin təmir zavoduna göndərilib-göndərilməməsi barədə qərarın müayinələrin nəticəsindən asılı olaraq qəbul ediləcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR