Bank Of Baku

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
# 20 dekabr 2008 07:40 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən axşam paytaxtın Gəncə prospektində baş verib. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Qasımov Adil Əhliman oğlu idarə etdiyi “VAZ-2106” markalı, 10 LC 091 dövlət nömrə nişanlı maşınla yolu keçmək istəyən piyada, 1940-cı il təvəllüdlü Bədirxanov Əliş Süleyman oğlunu vurub. Qəza nəticəsində piyada aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ə. Bədirxanovun aldığı xəsarət ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR