Bank Of Baku

Naxçıvanda Vəkillər Kollegiyasına üzvlük üçün sənəd qəbulu elan edilib

Naxçıvanda Vəkillər Kollegiyasına üzvlük üçün sənəd qəbulu elan edilib
# 20 dekabr 2008 07:54 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikasında (MR) vəkil olmaq istəyənlər üçün müsabiqə edilib. Naxçıvan MR Vəkillər Kollegiyasından APA-nın yerli bürosuna verilən məlumata görə, sənəd qəbulu dekabrın 22-dən gələn il fevralın 23-dək aparılacaq. Sənəd qəbulu yekunlaşdıqdan sonra namizədlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının apardığı (TQDK) test imtahanı və şifahi müsabiqədən keçəcəklər.
Əvvəllər müvafiq ixtisas imtahanını müvəffəqiyyətlə vermiş vəkillər və hakimlər müsabiqədə test imtahanlarında iştirak etmədən və yalnız şifahi müsabiqədən ibarət ixtisas imtahanından keçməklə, hüquq elmləri doktoru alimlik dərəcəsi olan şəxslər, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər isə test imtahanı və şifahi müsabiqə olmadan vəkil ola bilərlər.
Qeyd edək ki, Naxçıvan MR Vəkillər Kollegiyası bu ilin aprel ayında təsis olunub. Qurum muxtar respublikada əhaliyə göstərilən hüquq yardımının səmərəliliyinin artırılması, rayon ərazilərində keçirilən məhkəmə proseslərində vətəndaşların vəkillərdən istifadə etməsindəki çətinliklərin aradan qaldırılması məqsədilə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR