Bank Of Baku

Biləsuvar sakini Bakıda bıçaqlanıb

Biləsuvar sakini Bakıda bıçaqlanıb
# 20 dekabr 2008 08:10 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Biləsuvar sakini Bakıda bıçaqlanıb. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gecə rayonun mərkəzi bazarının qarşısında baş verib. Biləsuvar sakini, 1965-ci il təvəllüdlü Yusif Cavad oğlu Şirvanov naməlum şəxslər tərəfindən bıçaqlanıb. Çoxlu qan itirən yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir. Sabunçu rayon Polis İdarəsi hadisəni törədənlərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR