Bank Of Baku

Lənkəranda müsadirə olunan narkotik maddələrin məhvetmə aksiyası keçirilib

Lənkəranda  müsadirə olunan narkotik maddələrin məhvetmə aksiyası keçirilib
# 20 dekabr 2008 09:39 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Lənkəran şəhər Polis Şöbəsində 2008-ci ilin ikinci rübündə müsadirə olunmuş narkotik vasitələrin məhvetmə aksiyası keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbir Lənkəran şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən narkomaniya əleyhinə əlaqələndirmə komissiyasının, hüquq-mühafizə orqanları və KİV əməkdaşlarının iştirakı ilə baş tutub. Tədbirdə Lənkəran rayon Məhkəməsinin, həmçinin Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmləri ilə məhkumlardan maddi sübut kimi götürülən müxtəlif adda narkotik maddələrin məhvetmə prosesi həyata keçirilib. Proses zamanı 35 icraat üzrə heroin, tiryək, marixuana, həşiş, psixotrop dərman preparatları və şprislər yandırılaraq zərərsizləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR