Bank Of Baku

Azərbaycan paytaxtında bir müddət əvvəl partlayış baş vermiş binada yanğın olub

Azərbaycan paytaxtında bir müddət əvvəl partlayış baş vermiş binada yanğın olub
# 20 dekabr 2008 10:11 (UTC +04:00)
Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə saat 11:00 radələrində 34 saylı binanın 4-cü blokunda yerləşən mənzillərdən birində baş verib. Yanğına mənzildəki televizorun naqilində baş vermiş qısaqapanma səbəb olub. Fövqəladə Hallar Nazirliyi Baş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən briqadası dərhal hadisə yerinə gedib.

Xidmətdən APA-ya bildirilib ki, yanğının qarşısı artıq alınıb, hadisənin baş verdiyi mənzilə isə ciddi ziyan dəyməyib. Hazırda hadisə yerində FHN-in əməkdaşları araşdırma aparırlar.

Qeyd edək ki, dekabrın 13-də Nizami rayonu Naxçıvanski küçəsi, 34 ünvanında yerləşən yaşayış binasında partlayış baş verib. Partlayış nəticəsində binanın 2 bloku dağılıb, 3 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.

İlkin ehtimallara görə, hadisə qaz sızmasından baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR