Bank Of Baku

Sumqayıtda sərnişin mikroavtobusu iki avtomobillə toqquşub

Sumqayıtda sərnişin mikroavtobusu iki avtomobillə toqquşub
# 20 dekabr 2008 10:36 (UTC +04:00)
Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Quba yolunda, Sumqayıt şəhəri ərazisində baş verib. Bakı istiqamətində hərəkət edən, Yunus Hacıyevin idarə etdiyi “Mercedes” markalı, 39 BB 940 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu əks istiqamətdə hərəkət edən, Əbülfət Əliyevin idarə etdiyi “Kraysler” markalı, 01 BG 899 dövlət nömrə nişanlı və Teymur Quliyevin idarə etdiyi “VAZ-2107” markalı, 50 BO 431 dövlət nömrə nişanlı avtomobillərlə toqquşub. Qəza nəticəsində sürücülər –T. Quliyev və Ə. Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə şəhər xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR