Bank Of Baku

Salyanda baş verən yanğında bir nəfər ölüb

Salyanda baş verən yanğında bir nəfər ölüb
# 20 dekabr 2008 11:45 (UTC +04:00)
Salyan. Əlibəy Zeynallı - APA. Salyan rayonunda ölümlə nəticələnən yanğın olub.
Salyan rayon Prokurorluğundan APA-nın Mil-Muğan bürosuna bildirilib ki, hadisə dekabrın 19-da saat 20.45 radələrində Salyan rayonu 20 yanvar küçəsi, 1 ünvanında yerləşən üzlük sexinin gözətçi məntəqəsində baş verib.

Hadisə zamanı Qaradağ rayonu Sahil qəsəbəsinin sakini, 30 yaşlı Fyodorov Aleksandr Yurieviç yanaraq ölüb. Məlumatda bildirilir ki, yanğından əvvəl A. Fyodorov dostu Aleksandr Nikolayevlə içki məclisi təşkil edib. Yanğının nədən baş verdiyi isə aydınlaşdırılır.

Yanğın gecə söndürülsə də, A. Fyodorovun yanmış cəsədi səhər radələrində aşkar edilib.

Faktla bağlı Salyan rayon prokurorluğunda təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR