Bank Of Baku

İlhamə Quliyeva Flora Kərimovanı məhkəməyə verib

İlhamə Quliyeva Flora Kərimovanı məhkəməyə verib
# 20 dekabr 2008 21:32 (UTC +04:00)
İ. Quliyevanın mətbuat katibi Faiq Ələkbərli APA-ya deyib ki, İlhamə Quliyeva Flora Kərimovanın şərəf və ləyaqətini təhqir etməsi, işgüzar nüfuzuna zərbə vurması iddiası ilə məhkəməyə müraciət edib. Artıq məhkəmə iddianı qəbul edib. İddia əsasında ilk məhkəmə iclası isə yanvarın 7-də Nəsimi Rayon Məhkəməsində keçiriləcək.

İlhamə Quliyeva şərəf və ləyaqətinin təhqiri, həmçinin işgüzar nüfuzuna zərbə vurulması tələbi ilə Flora Kərimovadan 100 min manat təzminat tələb edir.

Məhkəmədə İ. Quliyevanın hüquqlarını vəkili Şəfiqə Nağıyeva müdafiə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR