Bank Of Baku

Şərur sakini dəm qazından boğulub

Şərur sakini dəm qazından boğulub
# 21 dekabr 2008 09:07 (UTC +04:00)
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Danyeri kəndində baş verib. Kənd sakinləri Mustafa Məmiyev və onun həyat yoldaşı Züleyxa Məmiyeva qohumları tərəfindən yaşadıqları mənzildə huşsuz vəziyyətdə aşkarlanıblar. Təcili xəstəxanaya çatdırılan M. Məmiyevin həyatını xilas etmək mümkün olsa da, onun həyat yoldaşı Z. Məmiyeva vəfat edib.

Kənd sakinlərinin sözlərinə görə, hadisəyə qaz sobası əvəzinə odun sobasından istifadə edilməsi nəticəsində borudan sızan dəm qazı səbəb olub.

Faktla bağlı Şərur Rayon Prokurorluğunda araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR