Bank Of Baku

Azərbaycan paytaxtında Sədərək Ticarət Mərkəzində güclü yanğın davam edir- YENİLƏNİB

Azərbaycan paytaxtında Sədərək Ticarət Mərkəzində güclü yanğın davam edir-<font color=red> YENİLƏNİB </font>
# 21 dekabr 2008 10:27 (UTC +04:00)
Yanğın o qədər güclüdür ki, artıq birinci sıranın 20-30 mağazası tam yararsız hala düşüb. Hadisə yerinə yanğınsöndürən maşınlar gəlib.

APA-nın əməkdaşı hadisə yerindən xəbər verir ki, yanğın birinci sıradakı mağazaları tamailə yarasız hala salıb. Artıq ikinci sıradakı mağazalar yanmağa başlayıb. Hadisə yerinə 15-20-yə qədər yanğınsöndürən maşını gəlib.

Yanğın yaxınlaşdıqca satıcılar mağazaları boşaltmağa çalışırlar. Bu gün bazar günü olduğundan ticarət mərkəzində həddindən artıq adamın olması da sıxlıq və panika yaradıb.

Yeni il oyuncaqları və pirotexniki vasitələrin satışı mağazalarında başlayan yanğının səbəbləri hələlik məlum deyil.

Yanğının miqyası getdikcə artır. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev də hadisə yerindədir.

Saat 13.15-də hadisə yerinə FHN-nin əlavə qüvvələri cəlb olunub.

Hazırda yanğın ərazisindən əhalinin və mağaza sahiblərinin evakuasiya olunmasına başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR