Bank Of Baku

Azərbaycan paytaxtındakı yanğının söndürülməsi üçün vertolyotlardan istifadə olunmağa başlanılıb- YENİLƏNİB

Azərbaycan paytaxtındakı yanğının söndürülməsi üçün vertolyotlardan istifadə olunmağa başlanılıb-<font color=red> YENİLƏNİB </font>
# 21 dekabr 2008 11:26 (UTC +04:00)
APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, artıq 3 saatdır davam edən yanğının söndürülməsi mümkün olmur. Hadisə yerinə 30-dan çox yanğınsöndürmə maşını cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin bütün rəhbər heyəti yanğın ərazisindədir.

Satıcıların bildirdiyinə görə, indiyə qədər 40-dan çox mağaza tamamilə yarasız hala düşüb. İlkin ehtimallara görə, 1000 kvadrat metrdən çox ərazi yanıb.

Yanğın nəticəsində xəsarət alanların olması barədə hələlik məlumat yoxdur.

Yanğın yaxınlaşdıqca satıcılar mağazaları boşaltmağa çalışırlar. Bu gün bazar günü olduğundan ticarət mərkəzində həddindən artıq adamın olması da sıxlıq və panika yaradıb.

Yeni il oyuncaqları və pirotexniki vasitələrin satışı mağazalarında başlayan yanğının səbəbləri hələlik məlum deyil.

Artıq yanğının söndürülməsi üçün vertolyotlardan istifadə olunmağa başlanılıb. Bir vertolyot hadisə yerində yanğını söndürməyə başlayıb. Daha bir neçə vertolyot da cəlb olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR