Bank Of Baku

Azərbaycan fövqəladə hallar nazirinin müavini: “Bu yanğını söndürmək üçün təcrübəmizdə ilk dəfə vertolyotlardan istifadə edirik”

Azərbaycan fövqəladə hallar nazirinin müavini: “Bu yanğını söndürmək üçün təcrübəmizdə ilk dəfə vertolyotlardan istifadə edirik”
# 21 dekabr 2008 12:10 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu bu gün saat 11.00 radələrindən Sədərək Ticarət Mərkəzində başlamış yanğınla bağlı hadisə yerində verdiyi açıqlamasında Azərbaycan fövqəladə hallar nazirin müavini Etibar Mirzəyev deyib.

Nazir müavininin bildirdiyinə görə, yanğın güclü olub: “Təxminən 1200-1400 kvadratmetr ərazini əhatə edib. Hadisə yerinə FHN-nin Yanğın-Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Biz təcrübəmizdə ilk dəfə yanğının söndürülməsi üçün vertolyotlardan da istifadə etmişik. Hazırda iki vertolyot yanğının söndürülməsi ilə məşğul olur. Yanğın qısa zamanda söndürüləcək. Yanğının söndürülməsini çətinləşdirən amil obyektlərin bir-birinə həddən artıq yaxın və sıx yerləşməsidir”.

E. Mirzəyev deyib ki, hadisənin baş vermə səbəbi yalnız araşdırmalardan sonra bəlli olacaq.

Nazir müavini hadisə nəticəsində üç FHN əməkdaşının zəhərləndiyini, onların vəziyyətinin qənaətbəxş olduğunu bildirib.

Qeyd edək ki, bu gün saat 11.00 radələrində Azərbaycan paytaxtındakı Sədərək Ticarət Mərkəzində yanğın başlayıb.

Yanğın 4 saatdır ki, davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR