Bank Of Baku

Bakı Metropolitenin Qara Qarayev metro stansiyasına bomba qoyulması barədə anonim zəng daxil olub

Bakı Metropolitenin Qara Qarayev metro stansiyasına bomba qoyulması barədə anonim zəng daxil olub
# 21 dekabr 2008 13:19 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə yerinə dərhal əməliyyat qrupu göndərilib.

Hazırda bu metro stansiyasında qatarların hərəkəti dayandırılıb, sərnişinlər evakuasiya olunub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəliblər.

Hələlik heç bir partlayıcı maddə aşkarlanmayıb.

İdarədən bildirilənə görə, zəng edənin tapılması üçün təxirəsalınmaz tədbirlə başlayıb.

Qeyd edək ki, ötən həftə də Nəriman Nərimanov metro stansiyasına bomba qoyulması barədə anoloji zəng olmuşdu. Metrodan heç nə tapılmamışdı.

Hadisəyə münasibət bildirən Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tural Museyibov deyib ki, metroya partlayıcı maddə qoyulması ilə bağlı məlumat daxil olduqdan sonra FHN-nin əməkdaşları hadisə yerinə gəliblər: “Araşdırmalar zamanı məlum olub ki, əraziyə heç bir partlayıcı maddə qoyulmayıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR