Bank Of Baku

Azərbaycan paytaxtındakı Sədərək Ticarət Mərkəzində başlayan güclü yanğın söndürülüb

Azərbaycan paytaxtındakı Sədərək Ticarət Mərkəzində başlayan güclü yanğın söndürülüb
# 21 dekabr 2008 13:45 (UTC +04:00)
APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov bildirib.

T. Müseyibov deyib ki, artıq yanğın məhdudlaşdırılaraq, söndürülüb. Hazırda isə söküntü-kəşfiyyat işləri aparılır.

Mətbuat xidmətinin rəhbəri yanğının baş vermə səbəbləri və nəticələri barədə araşdırmalardan sonra məlumat veriləcəyini deyib.

Qeyd edək ki, Sədərək Ticarət Mərkəzində baş verən yanğın 5 saat davam edib. Yanğın nəticəsində 1200-1400 kvadrat metrə qədər ərazidəki ticarət köşkləri yanıb.

Hadisə yerinə FHN-nin Yanğın Təhlükəsizliyi İdarəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Hadisə nəticəsində FHN-nin 3 əməkdaşı və bir neçə ticarət işçisi boğularaq zəhərlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR