Bank Of Baku

Bakıda xeyli miqdarda heroini 25 min ABŞ dollarına satmaq istəyən Yardımlı sakinləri həbs edilib

Bakıda xeyli miqdarda heroini 25 min ABŞ dollarına satmaq istəyən Yardımlı sakinləri həbs edilib
# 06 yanvar 2009 16:15 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Azərbaycan paytaxtında xeyli miqdarda heroini 25 min ABŞ dollarına satmaq istəyən Yardımlı rayon sakinləri həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Yardımlı rayon sakini, 1979-cu il təvəllüdlü Azər Almirzə oğlu İnniyev yanvarın 2-də Azərbaycan-İran sərhədində tanımadığı İran vərəndaşından ümumi çəkisi 2 kiloqram 55.839 qram olan heroini 12 min ABŞ dollarına alıb. A. İnniyev əldə etdiyi narkotik vasitəni satmaq məqsədi ilə Bakı şəhərinə gərtirib. A. İnniyev Bakıda olan həmyerlisi, 1983-cü il təvəllüdlü Elşən Xudaverdiyevin vasitəsi ilə heroini tanımadıqları paytaxt sakininə satmaq qərarına gəlib. Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində adıçəkilən şəxslər 2 kiloqramdan çox heroini 25 min ABŞ dollarına şərti alıcıya satmaq istəyərkən həbs ediliblər. Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və ya satma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR