Bank Of Baku

Azərbaycan Baş Prokurorluğu son vaxtlar qaz sızmalarından baş verən zəhərlənmə və partlayışlarla bağlı “Azəriqaz”a təqdimat göndərib

Azərbaycan Baş Prokurorluğu son vaxtlar qaz sızmalarından baş verən zəhərlənmə və partlayışlarla bağlı “Azəriqaz”a təqdimat göndərib
# 07 yanvar 2009 10:19 (UTC +04:00)
Bu sözlər Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin bu gün yaydığı açıqlamadandır. Mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, prokurorluq orqanları tərəfindən ötən ay ərzində aparılmış araşdırmalarla həmin hadisələrin vətəndaşlar tərəfindən təhlükəsizlik qaydalarına zidd olaraq mənzillərində kustar üsulla hazırlanmış soba və su qızdırıcı sistemlərinin quraşdırılması, sobaların qaz xəttinə düzgün qoşulmaması, mənzil daxili qaz xətlərinin nasaz olması, tüstü bacalarının düzgün quraşdırılmaması və təmizlənməməsi səbəblərindən baş verdiyi müəyyən edilib.

Məlumatda o bildirilir ki, göstərilənlərlə bağlı Baş Prokurorluq tərəfindən qaz təchizatı və istehlakı sahəsində hüquq pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə təxirəsalınmaz kompleks tədbirlərin icra olunması, baş vermiş hadisələr üzrə xidməti yoxlamalar aparılmaqla qaz təchizatı sahəsinə dövlət nəzarətini həyata keçirən orqanların təqsirli əməkdaşlarının məsuliyyət məsələsinə baxılması, eyni zamanda bu qaydaları pozan istehlakçılar barədə müvafiq tədbirlərin görülməsi, habelə qaz istehlakı zamanı əhali tərəfindən təhlükəsizlik qaydalarına riayət olunması ilə əlaqədar KİV-dən geniş istifadə olunması və digər profilaktiki tədbirlərin görülməsinin təmin edilməsi məqsədi ilə “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinə təqdimat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR