Bank Of Baku

İranda daha 6 azərbaycanlıya həbs cəzası verilib

İranda daha 6 azərbaycanlıya həbs cəzası verilib
# 07 yanvar 2009 12:29 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “İran” qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq 2006-cı ilin mayında keçirilən aksiyalara qatılan daha 6 azərbaycanlıya həbs cəzası verilib. Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xoy İnqilab Məhkəməsində bu ölkədə yaşayan azərbaycanlılarının hüquqları uğrunda hərəkatın bir qrup fəalının işinə baxılıb. Məhkəmə aksiyalara qatıldıqları üçün İbrahim Abdullanejad, Əli Həlmi, Əli Hüseynnejad, Möhsün Hüseynzadə, Sabir Beytullahi və Bəhmən Nəsirzadə barədə 10 aydan 1 ilə qədər şərti həbs cəzası çıxarıb. Adı çəkilən şəxslər İranın dövlət quruluşuna qarşı təbliğat aparmaqda və pantürkist təbliğatda ittiham olunurdular.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR