Bank Of Baku

Göyçay sakini siqaret və kibrit dənələrindən yaşayış evi və Kreml qüllələrinin maketini hazırlayıb - FOTO

Göyçay sakini siqaret və kibrit dənələrindən yaşayış evi və Kreml qüllələrinin maketini hazırlayıb - <font color=red>FOTO</font>
# 07 yanvar 2009 12:30 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov-APA. Göyçay şəhər sakini, 20 yaşlı Tərlan Həsənov siqaret və kibrit dənələrindən yaşayış evi və Moskvadakı Kreml qüllələrinin maketini hazırlayıb.
APA-nın yerli bürosunun xəbərinə görə, əvvəllər siqaret çəkən, sonradan səhhətində yaranan problemlə bağlı ondan imtina edən T. Həsənov siqaret və kibrit dənələrindən başqa məqsədlə istifadə etməyə qərar verdiyini deyib. O, 2 mərtəbəli yaşayış evinin maketini hazırlamaq üçün 400 ədəd (20 qutu) siqaretdən istifadə etdiyini açıqlayıb. Yapışqandan istifadə etməyən T. Həsənov Kreml qüllələrinin maketini isə 50 qutu kibrit çöplərini bir-birinə sıx şəkildə keçirməklə hazırladığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR