Bank Of Baku

İsrailin Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərən bir qrup dindar həbs olunub

İsrailin Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərən bir qrup dindar həbs olunub
# 07 yanvar 2009 13:13 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bir qrup dindar İsrailin Fələstinin Qəzza zolağında apardığı hərbi əməliyyata etiraz olaraq İsrailin Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərib. Qafqaz Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri Adil Hüseynoğlunun APA-ya verdiyi məlumata görə, Nəsimi rayon Polis İdarəsinin əməkdaşları aksiyanın qarşısını alıblar. Piketçilərin bir hissəsi polis maşınları ilə ərazidən uzaqlaşdırılıb. Bir neçə dindar isə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə aparılıb. Dörd nəfər istisna olmaqla, digərləri izahat alınaraq buraxılıb. Bölmənin növbətçi hissəsindən APA-ya bildiriblər ki, aksiyanın 4 iştirakçısı polisə müqavimət göstərib və xəsarət yetirib. Buna görə də hazırda onlarla bağlı ilkin təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR