Bank Of Baku

Lənkəranda məktəb binasında yanğın baş verib

Lənkəranda məktəb binasında yanğın baş verib
# 07 yanvar 2009 14:52 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Lənkəran rayonunun Rvo kənd orta məktəbində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Lənkəran Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Saleh Ağayev APA-nın cənub bürosuna bildirib ki, hadisə ümumi sahəsi 270 kvadratmetr olan təhsil müəssisəsinin sinif otaqlarının birində baş verib. Yanğının söndürülməsinə 2 yanğınsöndürən maşın cəlb olunub. Yerli sakinlərin birgə səyləri ilə yanğının qarşısı alınıb. Bununla belə, sinif otağının 8 kvadratmetrlik tavan hissəsi yanaraq yararsız hala düşüb. Şahidlərin sözlərinə görə, yanğına elektrik xəttindəki qısaqapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR