Bank Of Baku

Gəncə şəhər Təhsil-İdman Mərkəzinin direktoru öz işçisini döyüb

Gəncə şəhər Təhsil-İdman Mərkəzinin direktoru öz işçisini döyüb
# 07 yanvar 2009 15:19 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Gəncə şəhər Təhsil-İdman Mərkəzinin direktoru Çingiz Pirverdiyev mərkəzin təsərrüfat işçisi Məhəmməd Məhəmmədovu döyüb. Bunu APA-ya M. Məhəmmədov özü deyib. Hazırda Abbas Səhhət adına Gəncə şəhər Xəstəxanasında müalicə olunduğunu bildirən zərərçəkənin sözlərinə görə, hadisə yanvarın 5-də səhər saatlarında baş verib. M. Məhəmmədov təxminən 9 ay əvvəl direktoruna 6 min ABŞ dolları məbləğində borc pul verdiyini, Ç. Pirverdiyevin qısa müddət ərzində pulu qaytaracağını söyləsə də, bu vədinə əməl etmədiyini vurğulayıb: “Mən dəfələrlə ondan pulumu qaytarmasını xahiş etmişəm. Yanvarın 5-də mərkəzin qapısında qarşılaşdıq. Yenə pulumu istədim. Amma əvəzində Çingiz Pirverdiyev məni yumruqlamağa və təpiklə vurmağa başladı”. M. Məhəmmədov hadisə nəticəsində gözündən və ayağından ciddi xəsarət aldığını, insidentlə bağlı Kəpəz rayon Polis İdarəsinə və Respublika Prokurorluğuna müraciət etdiyini deyib.

Kəpəz rayon Polis İdarəsinin təhqiqatçısı Razim Yadigarlı faktı təsdiqləyərək M. Məhəmmədovun müraciətinin idarəyə daxil olduğunu və araşdırma aparıldığını qeyd edib. Çingiz Pirverdiyevin mövqeyini öyrənmək isə mümkün olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR