Bank Of Baku

İlhamə Quliyevanın Flora Kərimovaya qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesinin hazırlıq iclası baş tutmayıb

İlhamə Quliyevanın Flora Kərimovaya qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesinin hazırlıq iclası baş tutmayıb
# 07 yanvar 2009 15:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Nəsimi rayon məhkəməsində xalq artistləri İlhamə Quliyevanın Flora Kərimovaya qarşı qaldırdığı iddia üzrə prosesin hazırlıq iclası təxirə salınıb. Məhkəmədən APA-ya verilən məlumata görə, hakim Kəmaləddin Bədəlovun sədrliyi ilə keçən hazırlıq iclası cavabdeh tərəf olan Flora Kərimovanın iclasa gəlməməsi səbəbindən baş tutmayıb. Məhkəmənin hazırlıq iclası yanvarın 21-nə təyin olunub. Qeyd edək ki, İlhamə Quliyeva şərəf və ləyaqətin təhqir olunması, işgüzar nüfuzunun aşağı salınması ittihamı ilə adıçəkilən məhkəmə instansiyasına müraciət edib. İddiaya əsasən İ. Quliyeva F. Kərimovadan maddi və mənəvi ziyanın ödənilməsi üçün 100 min manat məbləğində təzminat tələb edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR