Bank Of Baku

Azərbaycanda saxta diplom alveri ilə məşğul olan qrup həbs edilib

Azərbaycanda saxta diplom alveri ilə məşğul olan qrup həbs edilib
# 07 yanvar 2009 17:01 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları saxta diplom hazırlayan şəxsləri yaxalayıb. Sabunçu qəsəbə sakini, 1965-ci il təvəllüdlü Mahmudova Kəmalə Ənvər qızı yanvarın 7-də saat 13:30 radələrində saxta diplom satarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, K. Mahmudova Kompüter İnformasiya Texnologiyaları İnstitutunda müəllimə işləyir. Onun 2008-ci ilin avqustunda şərti alıcıyla sövdələşməyə girdiyi bildirilir. Belə ki, şərti alıcı ona Azərbaycan Pedoqoji Universitetinin diplomunun lazım olduğu barədə müraciət edib.

K. Mahmudova müraciətə razılıq verərək, ona diplom düzəldəcəyi barədə söz verib. Tərəflər görüləcək işin 2000 manata başa gələcəyinə razılaşıblar. K. Mahmudova müştəridən öncədən 300 manat alaraq pulun qalanını iş başa çatandan sonra götürəcəyini bildirib. Lakin o, bütün bu proseslərin polisin əməliyyat nəzarəti əsasında həyata keçirildiyini bilməyib. Nəhayət, diplom hazır olub və K. Mahmudova şərti alıcıya məlumat verir. Təxminən beş ay qabaq Sabunçu qəsəbəsində sövdələşən tərəflər yanvarın 7-də Nizami rayonu ərazisində görüşmək qərarına gəlirlər. K. Mahmudova alış-veriş zamanı qarşısında polis əməkdaşlarını görüb. Keçirilmiş əməliyyat nəticəsində saxlanılana qədər heç nədən şübhələyənməyən, lakin sonradan ifşa olunduğunu başa düşən K. Mahmudova Sabunçu RPİ-yə gətirilib. İdarədə aparılmış dindirmə zamanı o, saxta diplom satdığını etiraf edib. Lakin istintaqın gedişi onun bu işdə tək olmadığını ortaya çıxarıb. Məlum olub ki, bu işdə ona əvvəllər tələbəsi olmuş, 1973-cü il təvəllüdlü Əliyev Qabil Məhəmməd oğlu köməklik göstərib. Q. Məmmədovun yeri aşkarlanıb və o həbs edilib. Həmçinin istintaqa məlum olub ki, saxlanılanların hər ikisi 2001-ci ildə də anoloji cinayət hadisəsi törətdikldərinə görə həbs olunublar.

Faktla bağlı Sabunçu RPİ İŞ-də Cinayət Məcəlləsinin 320.1-ci (hüquq verən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda cəmiyyətə saxta ali təhsilli şəxslər qazandırmaq istəyənlərin başqa cinayət törədib-törətmədikləri araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR