Bank Of Baku

Bakıda qanunsuz olaraq odlu silah gəzdirməkdə təqsirli bilinən şəxs həbs edilib

Bakıda qanunsuz olaraq odlu silah gəzdirməkdə təqsirli bilinən şəxs həbs edilib
# 08 yanvar 2009 07:52 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Azərbaycan paytaxtında qanunsuz olaraq odlu silah gəzdirməkdə təqsirli bilinən şəxs həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1978-ci il təvəllüdlü Ramil Qəhrəman oğlu Məmmədov 2008-ci ilin iyul ayından Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə axtarışda olub. Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R. Məmmədov tutulub. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR