Bank Of Baku

Gəlinini asaraq işgəncə verən qayınata həbs olunub

Gəlinini asaraq işgəncə verən qayınata həbs olunub
# 08 yanvar 2009 08:05 (UTC +04:00)
Manisa-APA. Manisada gəlinini tavandan asaraq işgəncə verən 48 yaşlı kişi həbs olunub. APA-nın məlumatına görə, polisə müraciət edən 19 yaşlı qadın qayınatası tərəfindən oğurluq etməyə məcbur edildiyini deyib. Onun sözlərinə görə, bundan imtina etdiyinə görə, ailə üzvləri ona işgəncə veriblər. Gəlinin əl-ayağını bağlayaraq tavandan asan qayınata kəlbətinlə onun dişlərini çıxarıb. Polis 48 yaşlı qayınatanı, onun həyat yoldaşı və qızını həbs edib. Bu şəxslər ifadələri alındıqdan sonra məhkəməyə kimi sərbəst buraxılıblar. Türkiyə mətbuatının yazdığına görə, adı açıqlanmayan gəlin bir neçə ay əvvəl də telekanallara zəng edərək qayınatası tərəfindən işgəncələrə məruz qaldığını bildiribmiş.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR