Bank Of Baku

Yevlax sakini narkotik maddə satarkən tutulub

Yevlax sakini narkotik maddə satarkən tutulub
# 08 yanvar 2009 08:45 (UTC +04:00)
Yevlax. Teymur Zahidoğlu-APA. Yevlax rayon Polis Şöbəsi əməkdaşları qurudulmuş marixuana satan şəxsi tutublar. Polis Şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, Yevlax rayon Qaraməmmədli kənd sakini Nəsibov Eyvaz Yaqub oğlu Goranboy rayon sakini Nəsibov Teymur İftar oğluna 7,27 qram qurudulmuş marixuananı 40 manata satarkən asayiş keşikçiləri tərəfindən tutulub. Eyvaz Nəsibovun üzərinə baxış zamanı üç ədəd kibrit qutusunda ümumi çəkisi 21,36 qram marixuana aşkarlanıb. Onun evindən isə 114,24 qram marixuana qurusu müəyyən edilərək götürülüb.
Faktla bağlı Yevlax rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR