Bank Of Baku

Azərbaycan paytaxtının Binəqədi rayonu ərazisində yaşayış evində güclü partlayış baş verib, xəsarət alanlar var

Azərbaycan paytaxtının Binəqədi rayonu ərazisində yaşayış evində güclü partlayış baş verib, xəsarət alanlar var
# 08 yanvar 2009 08:51 (UTC +04:00)
Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsindən bildirilib. Hadisə Binəqədi rayon Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, 10-cu korpus, ev 16-da qaz sızması nəticəsində baş verib. Yanvarın 8-i səhər saatlarında baş verən partlayış nəticəsində dağıntılar altında qalan beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların hamısı dağıntılar altından çıxarılıb.

Polis bölməsindən bildirilib ki, yaralananlar ev sahibi, 1952-ci il təvəllüdlü Mikayıl Hüseynov, onun həyat yoldaşı, 1953-cü il təvəllüdlü Zərifə Hüseynova, ev sahibinin qızı, 1979-cu il təvəllüdlü Elnarə Hüseynova, M. Hüseynovun kürəkəni, 1978-ci il təvəllüdlü Ziya Həsənzadə və Z. Həsənzadənin həyat yoldaşı Ləman Həsənzadədir.

Yaralılardan Z. Həsənzadə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Mərkəzdən APA-ya bildirilib ki, onun vəziyyəti ağırdır.

M. Hüseynov və həyat yoldaşı 5 saylı Şəhər Klinik Xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib, digər iki nəfərin xəsarətləri yüngül olduğundan onlar həkim müdaxiləsindən sonra evə buraxılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR