Bank Of Baku

Radikal dini qruplaşma yaratmaqda təqsirləndirilən şəxslərin məhkəməsi qapalı keçirilir

Radikal dini qruplaşma yaratmaqda təqsirləndirilən şəxslərin məhkəməsi qapalı keçirilir
# 08 yanvar 2009 08:54 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədovun və digər 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. APA-nın xəbərinə görə, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesin qapalı keçirilməsinə qərar verilib.
Məhkəmədən bildirilib ki, Kamram Əsədovun vaxtilə qulluq etdiyi Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçuları ifadə verdikləri üçün prosesin birinci hissəsinin qapalı keçirilməsi qərara alınıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehbalıyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yalçın Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Mehrəliyev, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR